adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyun 2022 14:53
1209
MƏDƏNİYYƏT

“Tikanlı məftillər”in uğurlu ekran variantı: “Dağlardadöyüş” filmi - 55

Bu il Azərbaycan Kinomatoqrafiyasının incilərindən olan filmlərdən birinin istehsala buraxıldığı tarixdən 55 il ötür.

Adalet.az xəbər verir ki, tanınmış kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru Kamil Rüstəmbəyovun 1967-ci ildə çəkdiyi “Dağlarda döyüş filmi”nin bu il 55 yaşı tamam olur.

Milli kinematoqrafın ən məzmunlu, ən sevilən filmlərindən biri - sovet sərhəd qoşunlarının 50 illiyinə həsr olunmuş “Dağlardadöyüş”filmi yazıçı Əhmədağa Qurbanovun “Tikanlı məftillər” povesti əsasında çəkilib. Rejissor Kamil Rüstəmbəyovun ekranlaşdırdığı filmdəki hadisələr İkinci Dünya müharibəsində əsir həyatı yaşamış insanların vətənə qayıtdıqdan sonra qarşılaşdıqları faciəli aqibətdən bəhs olunur. Maraqlıdır ki, filmi İkinci Dünya müharibəsində əsir düşən insanların repressiya qurbanı olması məsələsiniilk dəfə Azərbayacn kinosunda göstərildi.

Filmin əsas süjet xətti sovet dönəmində təbliğatı geniş şəkildə aparılan hərbi-vətənpərvərlikmövzusudur. Vətəni qorumaq, düşməni onun hüdudlarına yaxınlaşmağa imkan yaratmamaq onun, keşiyində ayıq-sayıqdurmaq da filmi izləyicilərə daha cəzbedici göstərir. Yeri gəlmişkən, qeyd edim ki, film sərhədçilərə həsr olunmuş iki möhtəşəm filmdən biridir. “Doğmasahillər” (1989) yaşca “Dağlardadöyüş”dən xeyli gəncdir. Amma təbii ki, tamaşaçı auditoriyası və sevgi odağı ilə fərqlənən “Dağlardadöyüş” nəinki, adıgedən mövzuda , bütün mövzularda olan möhtəşəm sənət əsəri adını qazanmış filmlərlə eyni sırada dayanır.

İlk baxış tarixi 1967-ci il olan 74 dəqiqəlik bu film prokata çıxanda 21,5 milyon tamaşaçı tərəfindən baxılmışdı.

Filmin yaradıcı heyəti

Filmin yaradıcı heyəti dedikdə dövrünün yenicə tanınan, amma o dövrdən bu günə qədər qüdrətli istedadları ilə sevilən, yaddaşlara həkk olunan Şahmar Ələkbərov (Fərrux) və Ofeliya Sənaninin (Hicran) kinoda ilk debütü hesab olunur.

Xalq artisti Ofeliya Sənani müsahibələrinin birində deyir: Hicran obrazının sınaq çəkilişlərinə dəvət almağım mənim üçün gözlənilməz oldu: “O illərdə mən həm radioda, həm də Kinostudiyanın dublyaj redaksiyasında çalışırdım. Bir gün kinostudiyanın dəhlizi ilə sürətli addımlarla dublyaj redaksiyamıza tələsirdim. Bu zaman Kamil Rüstəmbəyovu da dəhlizdə gördüm və rejissorun gözü məni alan kimi, “tapdım” deyə ucadan səsləndi. Açığı, Hicran obrazının sınaq çəkilişlərinə dəvət almağım mənim üçün gözlənilməz oldu”.

Rejissor məqsədini O.Sənaniyə bildirdikdən sonra diktor xanıma obraz haqqında məlumat verir: “Hicran sadə bir kənd qızıdır, gərəkdir ki, bu obrazı yaradan qızın üzündə mülayimlik, sadəlik əks olunsun”.

Filmin maraqlı kadrlarından biri də Fərruxla (Şahmar Ələkbərov) atasının (Rza Əfqanlı) çəkiliş səhnəsi Nalçik dağlarında, meşəliklərdə lentə alınmasıdır. Həmin səhnədə Fərruxun atası İrandan gələrək sovet sərhədini keçmək istədikdə sərhədçi Fərruxun maneəsilə üzləşir. Belə ki, o, atası ilə vuruşmaq məcburiyyətində qalır. Əsərdən də görünür ki, Fərrux sərhədi pozanın atası olduğunu əvvəldən bilmir. Məsələ ondadır ki, bunu biləndən sonra da onunla vuruşur. Çünki Fərrux sovet əsgəri idi və başqa cür də davrana bilməzdi. Bunu da bilmək maraqlıdır ki, Hicranın (Ofeliya Sənani) atası (Möhsün Sənani) və anası (Ətayə Əliyeva) ilə evdə çəkilən səhnələr “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda lentə alınıb. Hicran eşidəndə ki nişanlısı yaralanıb, o zaman atını minib Fərruxun qulluq etdiyi hərbi hissəyə gedir. Bu epizod isə Qobustanda lentə alınıb. Filmdə gördüyümüz hərbi hissə isə İranın sərhədində olan Prişib qəsəbəsində (indiki Göytəpə) yerləşir.

 

Rza Əfqanlı(Sərxan), Möhsün Sənani(Qəmbər), Stanislav Kovtun(Nəzərov), Kamal Xudaverdiyev(Rəhimov), İvan Pereverzev(polkovnik), Vladimir Kolokoltsev(Oleq), Süleyman Ələsgərov(mayor Poladov), Abbas Rzayev(Feyzi), Məlik Dadaşov(sərhədi pozan) və başqaları isə kinonu sevimli edən, tamaşaçıya sevdirən obrazlar isə yadda qalıblar.

Filmə kövrək notları ilə xüsusi bir çalar verən musiqinin müəllifi isə tanınmış bəstəkar Cahangir Cahagirovdur.

Filmin çəkilişləri zaman tez-tez məkan dəyişib: Qobustanda, Şamaxıda və Nalçikdə lentə alınıb.

Bütün hazırlıqlar bitdikdən sonra film Moskva Kino İdarəsinin baxışına təqdim edilir. Moskva filmin ideyasını, çəkiliş prosesinin getdiyi məkanların təbiətin qoynunda lentə alındığını bəyənir və filmi təsdiq edir. Təsdiqetmə mərasimindən sonra film I kateqoriyaya layiq görülür. Təbiətin gözəlliklərini ekrana yansıdanlar isə operator Teyyub Axundov, rəssam Məmməd Hüseynovdur.

 

Əntiqə Rəşid