"Tottenhem" Avropa Liqasının QALİBİ OLDU
UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.
Adalet.az xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.
Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.
Digər Xəbərlər
27 Iyun 2026 18:30
“Bu, dünya çempionatı yox, fəlakətdir” - İran millisinin kapitanı
27 Iyun 2026 18:23
Tahir Abdullayev: "Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur"
27 Iyun 2026 18:03
Tahir Abdullayev braziliyalı rəqibini məğlub edib
27 Iyun 2026 13:43


Bakı -°C

