Tramp ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırdığını təsdiqləyib

"ABŞ hazırda Ukraynaya müdafiə yardımı göstərmir".
Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
Amerika lideri Vaşinqtonun Kiyevə müdafiə yardımı edib-etməməsi ilə bağlı suala cavabında “Hazırda biz heç nə vermirik”, - deyib.
Eyni zamanda, o, ABŞ və Rusiya Federasiyasının münaqişənin həlli ilə bağlı razılığa gəldiyi ana qədər Ukraynanın hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər silaha malik olacağını istisna etməyib.
Tramp həmçinin bildirib ki, gələcəkdə Kiyevə hərbi yardımın göstərilməsində Avropa məsuliyyət daşıyacaq.
Digər Xəbərlər

Rusiya və ABŞ nümayəndələri İstanbulda görüşəcək

Bu ölkələr Ukraynaya qoşun göndərməyə hazırdır

HƏMAS hərbi əməliyyatları bərpa etməyə hazırlaşır - KİV

Yaponiya sahillərində güclü ZƏLZƏLƏ OLDU

Ermənistanda hərbi xidmətə çağırışın müddəti DƏYİŞİR

Ukrayna Krasnodara irimiqyaslı PUA hücumu edib

Soyuq hava səbəbindən Qəzzada yeni doğulan körpələr öldü
