Ərdoğanla Serbiya Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiçlə telefonla danışıb.
Adalet.az xəbər verir ki, onlar Türkiyə ilə Serbiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti iki ölkə arasında xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması istiqamətində görülən birgə səylərin yaxın gələcəkdə öz bəhrəsini verəcəyini vurğulayıb.
Həmçinin, Vuçiçin fevralın 8-də xidməti avtomobili ilə keçirdiyi qəzadan kədərləndiyini bildirib, ona xoş arzularını çatdırıb.