04 May 2025 09:10
75
DÜNYA

Tramp: "Amerikalılar cinayətlərlə dolu həyata öyrəşməli olacaqlar"

"ABŞ məhkəmələrinin miqrantların deportasiyasında prezident administrasiyasına yardım etməkdən imtina etmələri dövlət qurucularının ideyaları ilə ziddiyyət təşkil edir".

Adalet.az xəbər verir ki, bunu ABŞ-nin Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Necə ola bilər ki, hakimlər ABŞ-yə cinayətkarları, o cümlədən qatilləri ölkəmizdən gəldikləri yerə deportasiya etməsinə icazə vermirlər? Əgər bu baş verirsə, o zaman tanıdığımız ölkənin sonu çatıb.

Amerikalılar tamamilə fərqli, cinayətlərlə dolu həyata öyrəşməli olacaqlar. Bu, heç də qurucuların nəzərdə tutduqları dövlət deyil!" , - deyə o vurğulayıb./oxu.az