Bütün dünyanın... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
151 | 2025-05-04 09:54

 ... Qabaqlar kasıb da, olub, dövlətli də ! Elə indi də kasıb da , var varlı da! Amma indi tam başqa cürədir.Yəni dövlətli nə desən , eləyə bilir, kasıbı lap ayaqları altına salıb ayaqlaya  da bilir.Bunu da çoxları görür, anacaq göz yumur; nə danışır, nə də haqq səsini  ucaldır! Biz yetmiş il Sovet hökumətin qurduğu cəmiyyətdə yaşamışıq.

O, dövrdə yaxşı işlər də , vardı, pis işlər də! Amma varlı- kasıb çox da indiki kimi bilinmirdi.Və hətta ən varlı adam belə öz adına, nə ev, nə maşın ala bilərdi. Ən yaxşı halda  kolxozda, sovxozda, zavodda, fabrikdə  çalışan qabaqcıl insanın adına o maşını, o evi ala bilərdi. Onda bütün qəzetlərin  yuxarı yerində bu sözlər yazılardı:" Bütün ölkələrin proletarları, birləşin!" Və onda  proletarlar  kef eləyirdi. Hamı işləyirdi. Kasıbın oğlu heç bir kömək olmadan ən yüksək vəzifəyə yüksəlirdi.

Hətta Azərbaycanda BDU- nun hüquq fakültəsinə vəzifəli şəxslərin  övladlarının sənədləri qəbul edilmirdi. Ancaq fəhlə- kəndli balaları bu fakültəyə sənəd verə bilərdi və qəbul olardı. Mayın birində " Zəhmətkeşlərin həmrəylik günü" təntənəli keçirilər, ayın ikisində isə  insanlar yeyib- içərdi, " mayovka" deyilən bu gündə kənd yerlərində  yaxın dostlar ya bir qoyun, ya da bir quzu alıb, təbiətin qoynunda- meşədə, güllərin- çiçəklərin içində, bulaq başında kabab çəkib ləzzətlə yeyərdilər! Və heç kimin də indiki kimi dərdi yoxdu.  İndi nə kəndli qalıb, nə də fəhlə! İndi dünyada milyarderlər, milyonerlər var,bir də  kasıbar.

Və o milyarderlərin gözünə isə kasıblar qarışqa kimi görünür.Ancaq bu, varlı adamlar onu bilmirlər ki, hər ikisin Allah yaradıb və ruzisin verib. Elə bilirsiniz o milyarderlərin hamısı var- dövlət halal yola qazanıb? Əsla  yox! O pulların içində kasıbların haqları olan milyonlar var! Nə isə indi dünyada nə proletar qalıb, nə də fəhlə- kəndli.Dünyada bu gün bir milyarderlər var, bir də haqqı yeyilən insanlar! Və görək onlar nə vaxta qədər bu haqq yeyə biləcəklər?!

  • May:
  • 2

TƏQVİM / ARXİV