"Tramp marşrutu" vasitəsilə MDB ölkələri ilə kommunikasiyalar quracağıq

"Tramp marşrutu" (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) Ermənistana MDB ölkələri ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək.
Adalet.az-ın erməni mediasına istinadən məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammitində bildirib.
"Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra sülh bərqərar olub. "Tramp marşrutu" Ermənistana MDB-yə üzv dövlətlər ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Bu, MDB çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyə və Birlik üçün yeni ixrac və idxal imkanları açaraq təşkilatın səmərəliliyini artırmağa imkan verəcək", - deyə o qeyd edib.
Digər Xəbərlər

Qızı meri bıçaqlamazdan əvvəl ona işgəncə verib - DETALLAR

Putin: Rusiyada miqrantlar qanuna tabe olmalıdırlar

Filippində daha bir güclü zəlzələ oldu - YENİLƏNİB

Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib

Trampın Nobel istəyi gələn payıza qaldı

Sumud donanmasının 90-dan çox fəalı İstanbula gətirildi

Putin: Rusiya və Azərbaycan arasında böhran deyil, emosiyaların gərginliyi idi
