24 Oktyabr 2024 12:02
453
SİYASƏT

Trampın "artsax"la bağlı statusu:"Ermənilər Qarabağdan köçəndə Harris susdu"

"Ermənilər ABŞ-da "artsax" adının gec-gec  çəkilməsindən narazıdır"
 

Adalet.az xəbər verir ki, bu fikirləri politoloq Suren Sarkisyan Facebook səhifəsində yazıb:

“Bu gün, seçkilərə təxminən 2 həftə qalmış Tramp Artsax haqqında belə bir yazı etdi:“120.000 erməni xristianı dəhşətli şəkildə təqib edəndə və Artsaxdan məcburi köçkün düşəndə ​​Kamala Harris heç nə etməyib. Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülh bərqərar edəcəyik”.



Artsax adı ABŞ-da nadir hallarda istifadə olunur. Həmin istifadəçilər arasında keçmiş Respublikaçılar Partiyasından prezidentliyə namizədlər Ramasvami, Kennedi, Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd və indi Respublikaçı Tulsi Gebhardt da var. Bu gün onların hamısı Trampın komandasındandır və istisna etmirəm ki, onlar belə ifadələrə təsir edə bilərdilər.

Erməni maraqları uğrunda mübarizə aparan pioner Coel Tenniyə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Sağ ol qardaş."

Qeyd edək ki, yəhudilərə qarşı nifrətin Demokratik Partiyanın sıralarında olduğunu” iddia edən ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə yəhudilərə nifrət edənlərin hamısını işdən çıxaracağını bəyan edib.

 P.S. Deyəsən , Tramp erməniləri də seçicisi etmək istəyir.

 Əntiqə Rəşid