Turizm zonalarında qadağan edilmiş fəaliyyətə görə cərimələr müəyyənləşir

Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Digər Xəbərlər

“Azərsun Holdinq” ucqar kənddə yaşayan məktəblilərə dəstək olub

Bu rayonlara yağış yağıb - Faktiki hava

Bu ilin 8 ayında 832 nəfər müharibə iştirakçısı biznes üçün əmlaklarla təmin olunub

“Azərsun Holdinq” “Bakı Su Həftəsi”ndə təmsil olunur - FOTOLAR

Şuşakəndə ilk köç baş tutub - YENİLƏNİB

Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA

“YAŞAT” Fondu beşinci “Məktəbli ləvazimatları” layihəsini reallaşdırıb - FOTOLAR
