Türk ulduzlar Ramazanda sərvət qazanacaqlar

Ramazan bayramı yaxınlaşdıqca bayramı musiqi və əyləncə ilə keçirmək istəyənlər artıq planlarını qurmağa başlayıblar.
Adalet.az xəbər verir ki, bayramda Türkiyə və Kiprin dörd bir yanında səhnəyə çıxacaq ulduz adlar aldıqları qonorarla diqqət çəkiblər.
Sənətçilər bir gecə üçün milyonlarla dollarlıq müqavilə imzalayıblar. Ən yüksək qonorarı bayram səhnələri üçün Tarkan alacaq.
Müğənni Bakıda pərəstişkarları ilə görüşəcək. Meqastar bu konsert üçün 1 milyon dollar qazanacaq.
Səhnə şouları və geyimləri ilə diqqət çəkən müğənni Gülşen İstanbul və İzmirdə səhnə alacaq. Sənətçi bayramda ümumilikdə 10 milyon lirə (463 min AZN) qazanacaq.
Bayram günlərində İstanbul və Kiprdə konsertlər verəcək Özcan Dəniz etdiyi razılaşmalarla 6 milyon lirə ( 277 min AZN) qazanacaq. Səhnənin ən diqqət çəkən adlarından olan Hadisə KKTC-də verəcəyi konsertdən 5 milyon lirə (231 min AZN) gəlir əldə edəcək.
Bülent Ersoy, Yıldız Tilbe və Sibel Can da pərəstişkarları ilə görüşəcək.
Diva, Tilbe və Sibel Can bayramda verdikləri konsertlərə görə 4 milyon lirə (185 min AZN) alacaq.
Digər Xəbərlər

"Qadın kimi xoşbəxt ola bilmədim" - Məleykə Əsədova

Xalq və bəstəkar mahnıları səsləndirilir

Rəfiqə Qafarova: “O kəpənək babamın ruhun təmsil edirdi”

İlqarə Kazımova: “Özlərini anama bənzədirlər”

Kamilə Nəbiyeva: “Sənətimi ailəmə qurban verməzdim”

Aktrisa: “Mən sənətə gələndə Çimnaz hansı sənətə qulluq edirdi”?

Aynişan: Səni mütləq tapacağıq, məsələ pul deyil!
