Türk və rus komandanlar Sarıbabada - FOTOLAR
Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də qeyd olunan ərazidə olublar.
Qeyd edək ki, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina bölmələrimiz tərəfindən noyabrın 21-də zərərsizləşdirilib.
Digər Xəbərlər
27 Mart 2026 22:52
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib
27 Mart 2026 18:10
Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – SİYAHI
27 Mart 2026 15:32
"Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır"
27 Mart 2026 10:58


Bakı -°C

