06 Noyabr 2024 13:29
1319
ŞOU-BİZNES

Türkan Vəlizadə: “Sinif yoldaşlarım məni sevmirdilər”

Müğənni Türkan Vəlizadə məktəb illərini xatırlayıb.

Adalet.az xəbər verir ki, o, daha çox sinif yoldaşlarından gileylənib:

“Dərslərimi yaxşı oxumuşam. Məsuliyyətli şagird idim. Yaxşı oxuyurdum, sinif nümayəndəsi idim. Hətta müəlliməm mənim müğənni olduğumu biləndə təəccübləndi ki, səni başqa sahələrdə görürdüm. Nə əcəb müğənni oldun.Ancaq sinif yoldaşlarım mənimlə dostluq etmirdilər. Məni sevmirdilər. Nərmin adında sinif yoldaşım vardı, bircə o, çox istəyirdi məni. Düşünürəm ki, kasıb olduğuma görə məni özlərinə yaraşdırmırdılar”.

Əntiqə