"Türkiyə ilə birgə hərəkət edəcəyik" deyən Bayden əslində "daşı ətəyindən tökməyib"
Bütün hallarda , bütün zamanlarda həmişə Türkiyənin əleyhinə iş görən ABŞ prezidenti Co Baydan ötən gün açıqlamasında deyib ki, Türkiyə ilə birgə hərəkət edəcəyik.
Xəbər başlığı gözümə ilk dəyən anda düşündüm ki, yəqin ABŞ Türkiyəyə qarşı sərgilədiyi gizli düşmənçiliyinə son qoyur.
Amma elə deyilmiş. Başqa cür imiş.
Deməli, ötən gecə İsrail Təhlükəsizlik Şurası elan edib ki, Livan Hizbullahı ilə atəşkəs razılaşmasını təsdiqləyib.
Baxmayaraq ki, ABŞ İsrailin özünümüdafiə hüququnu əvvəl gündən dəstəklədiyini bildirsə də məhz bu elandan sonra ABŞ Prezidenti Co Bayden həmin atəşkəs razılaşması ilə bağlı açıqlamasını gecikdirmədi:“Qarşıdakı günlərdə ABŞ, Türkiyə, Misir, Qətər və İsraillə birgə Qəzzada atəşkəs razılaşması üçün cəhd göstərəcəyik”, - deyə bildirib.
Baydenin bu fikrindən sonra anladım ki, Co Bayden Hizbullahı terrorçu görərək İsraili dəstəkləsə də Türkiyəni uzun illərdir PKK terror təşkilatına hər tərəfli maddi və mənəvi dəstək verməsini dayandıracağını söyləmirmiş.
Xatırladaq ki, ABŞ hər zaman PKK terror təşkilatına hər il maliyyə ötürür. Məsələ 2018-ci ildə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/KCK/PYD-YPG üçün cari il yarım milyard dollar vəsait ayırdı. Pentaqonun hazırladığı Suriya üzrə hesabata görə, bu miqdar ABŞ-ın terror təşkilatına keçən il ayırdığı vəsaitdən 70 milyon dollar artıqdır.Terror təşkilatına veriləcək müxtəlif miqdarda silah-sursat üçün 433 milyon dollar vəsait ayrıldı. Hesabatda vəsaitin bir hissəsinin silah-sursat üçün ayrıldığı, 67 milyon dollar vəsaitin isə terrorçuların səhiyyə və nəqliyyat xərclərinə ayrıldığı bildirildi. Bu maliyyə yardımları Co Baydenin prezidentliyi dövründə də əskilmədi, əksinə daha da artdı.
Co Bayden prezident seçildikdən sonra isə ABŞ höküməti saxta erməni soyqırımını tanıdı.Co Bayden “ Türkiyə ilə birgə hərəkət edəcəyik” deyəndə elə bildim “daşı ətəyindən töküb”.
Əntiqə Rəşid
Digər Xəbərlər
19 Yanvar 2026 11:35
“Bakı regional rasionalizmin ana qaydalarını tapa bildi”
19 Yanvar 2026 10:51
XİN İspaniyaya başsağlığı verdi
18 Yanvar 2026 11:29
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45


Bakı -°C

