adalet.az header logo
  • Bakı -°C
08 Oktyabr 2026 13:44
79
DÜNYA
A- A+

Türkiyə Səudiyyə Ərəbistanına qoşun göndərir?

Türkiyənin Səudiyyə Ərəbistanına hərbi qüvvə və imkanlar yerləşdirməsi ilə bağlı məsələ gündəmə gəlib.

Adalet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) bu barədə ilk açıqlamanı verib.

Nazirlik bildirib ki, Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsi oktyabrın 5-də Ər-Riyadda toplanıb. Görüş zamanı regional proseslər və kollektiv müdafiə tədbirləri müzakirə olunub.

Toplantıda razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına təmin edilməsi və yerləşdirilməsi üçün zəruri tədbirlər də müzakirə edilib.

MSB qeyd edib ki, Türkiyənin təqdim edə biləcəyi hərbi qüvvə və imkanlarla bağlı proses ölkə Konstitusiyası və müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

Hazırda açıqlamada Səudiyyə Ərəbistanına konkret sayda türk hərbçisinin göndəriləcəyi bildirilməyib.