Türkiyə turist sayına görə rekord qırdı - FOTOLAR
2024-cü ildə 62,2 milyon turist qəbul edərək 61,1 milyard dollar gəlir əldə edən Türkiyə turizmdə öz rekordlarını qırıb.
Türkiyə, 2024-cü ildə ziyarətçi sayında illik 9,8% artım əldə edərək 62.269.890 turistə ev sahibliyi edib. Bu rəqəm, pandemiyadan əvvəlki il olan 2019-cu illə müqayisədə 20,3%-lik artımı ifadə edir. Bununla da Türkiyə 2024-cü ilin əvvəlində elan etdiyi 60 milyon və ötən oktyabrda yenilədiyi 61 milyon turist hədəflərini də geridə qoyub .
Bundan əlavə, Türkiyə turizmdən 61,1 milyard ABŞ dolları gəlir əldə edərək ötən illə müqayisədə 8,3% daha çox gəlir qazandı. Ümumilikdə, 2024- cü il Türkiyənin turizm sahəsində ən uğurlu ili olub.
Avropa, Yaxın Şərq və Mərkəzi Asiya Türkiyənin əsas turizm bazarları olaraq qalsa da, Amerika, Hindistan və Çin kimi inkişaf edən bazarlarda 2024-cü ildə nəzərəçarpacaq artım qeydə alınıb. Rusiya, Almaniya və Böyük Britaniya ən çox turist göndərən üç ölkə sırasındadır. Digər tərəfdən, inkişaf edən bazarlardan gələn turistlərin sayında ABŞ üzrə 8,1%, Çin üzrə 65,1% və Hindistan üzrə 20,7% artım müşahidə olunub.
Türkiyəyə gələn beynəlxalq turistlər ölkədə orta hesabla 10,7 gün keçirib və bir turistdən əldə edilən gəlir 972 ABŞ dolları təşkil edib.
Birləşmiş Millətlər Təşkilatının Turizm qurumuna (UN Tourism) görə, Türkiyə 2023-cü ildə dünyanın ən çox ziyarət edilən ilk beş turizm məkanı arasında yer alıb.
Digər Xəbərlər
17 Sentyabr 2026 13:59
BU COCUQLARA NİYƏ ZÜLM VERİRLƏR?
17 Sentyabr 2026 10:56
Günay Əfəndiyeva: “Xarabalığa çevrilmiş şəhər və kəndlərimizi gözlərimizlə görmüşük”
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40


Bakı -°C

