Türkiyədə yeni təbii qaz yatağı kəşf olundu

Türkiyədə 75 milyard kubmetr həcmində təbii qaz yatağı aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısının sözlərinə görə, Qara dənizdə yerləşən “Göktepe-3” sahəsində aparılan 49 günlük qazma işləri nəticəsində, 3 500 metr dərinlikdə yerləşən və 75 milyard kubmetr həcmində təbii qaz ehtiyatına malik yataq aşkar edilib.
Ərdoğan qeyd edib ki, bu yatağın bazar dəyəri təxminən 30 milyard ABŞ dolları təşkil edir.
Digər Xəbərlər

İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı

Azərbaycan və Dünya Bankı kredit müqaviləsi imzalayıb

Enerji sahəsində mühüm addımlar: Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı
