adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Fevral 2023 19:37
288
DÜNYA

Türkiyədə zəlzələdə ölənlərin sayı 9 057 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olanların sayı 9057 nəfərdir.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 52 979 nəfər xəsarət alıb, 6444 bina dağılıb.

 

***

Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.

Adalet.az xəbər verir ki, bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə yüksəlib.

Adalet.az-ın məlumatına görə yararlıların sayı isə 40910-a çatıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6957 nəfərə çatıb.
***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə yüksəlib.

Adalet.az xəbər verir k, bu  barədə Türkiyə KİV-i məlumat yayıb. 

 

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.