Türkiyədəki yanğında ölənlərin sayı 66-ya çatdı - YENİLƏNİB

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Boluda Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayının 66-ya çatdığını açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
"Hoteldə baş verən yanğında 66 nəfər həlak oldu, 51 nəfər yaralandı. Çox təəssüf edirik. Yanğın söndürülüb, soyutma işləri davam edir", - nazir qeyd edib.
***09:54
Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində gecə saatlarında yanğın baş verib.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Bildirilib ki, 12 mərtəbəli hotelin taxta fasadı yanğını sürətləndirib.
Hadisədən sonra ərazidə səhra xəstəxanası yaradılıb.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğına qarşı mübarizə müxtəlif ictimai qurum və təşkilatlardan 267 personal ilə davam edir.
Digər Xəbərlər

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN
