Ukrayna dronları Moskvada 9 May paradında uça bilər
Ukrayna dronları Moskvada 9 May paradında uça bilər.
Adalet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında deyib.
“Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”, – Zelenski bildirib.
Zelenski qeyd edib ki, bu il Moskva paradında hərbi texnikanın nümayiş olunmaması Rusiyanın əvvəlki illərlə müqayisədə gücünün azaldığını göstərir.
Onun sözlərinə görə, bu yay Rusiya Prezidenti Vladimir Putin müharibənin gələcək istiqaməti barədə qərar verməli olacaq, ya müharibəni davam etdirmək, ya da diplomatik yola keçmək. Ukrayna lideri Kremli diplomatik yolu seçməyə məcbur etməyin lazım olduğunu vurğulayıb.
Digər Xəbərlər
24 Iyun 2026 21:00
Bəqaidən Rubioya: ABŞ müdaxilə etdikcə Yaxın Şərqdə sülh olmayacaq
24 Iyun 2026 20:00
İspaniyada iyun ayı üçün istilik rekordu qeydə alınıb
24 Iyun 2026 19:42
Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini ƏLƏ KEÇİRDİ
24 Iyun 2026 18:34


Bakı -°C

