02 Fevral 2025 08:15
100
DÜNYA

Ukrayna Kurskda məktəbə aviazərbə endirdi - ölən və yaralananlar var

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Sudja şəhərindəki internat məktəbinə hədəfli raket zərbəsi endirərək hərbi cinayət törədiblər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Fevralın 1-də Ukrayna Silahlı Qüvvələri Sudja şəhərindəki internat məktəbinə hədəfli raket zərbəsi endirərək növbəti hərbi cinayət törədib", - məlumatda bildirilir.

Açıqlamada həmçinin Ukrayna ordusu tərəfindən Sumi vilayətindən atılan raketlərin Rusiya HHM sistemləri tərəfindən qeydə alındığı bildirilir.

Hadisə ilə bağlı məlumat yayan Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə hadisənin törədilməsi ilə bağlı Rusiya ordusunu günahlandırıb.

Məlumatda Rusiyanın Ukrayna ordusunun nəzarətində olan Kurskun Sudja bölgəsində mülki vətəndaşların olduğu internat məktəbinə aviazərbələr endirdiyi bildirilir. Məlumatda həmçinin dağıntıların təmizlənməsinin davam etdiyi, 4 ölüm faktı artıq məlum olduğu bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə dağıntıların təmizlənməsi işləri zamanı 84 mülki şəxs xilas edilib və onlara tibbi yardım göstərilib, onların sağlamlıq vəziyyəti qənaətbəxş, 4 nəfərin vəziyyəti isə ağırdır.

Baş Qərargah onu da əlavə edib ki, əlavə tibbi yardıma ehtiyacı olan şəxslər dərhal Ukrayna ərazisindəki tibb müəssisələrinə təxliyə edilir.