Ümid edirik ki, Zəngəzur dəhlizi ən qısa zamanda həyata keçiriləcək - Fuat Oktay
Zəngəzur dəhlizinin son razılaşmalardan sonra tərəflərlə birlikdə yenidən hərəkətə keçdiyini görməkdən son dərəcə məmnunuq.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
“Bu, əslində həm regionda sülhə, həm də bölgənin inkişafına töhfə verəcək güclü bir layihədir. Eyni zamanda türk dünyasını birləşdirə biləcək mühüm təşəbbüsdür. Bu layihə təkcə Naxçıvanla Azərbaycan arasında deyil, həm də Türkiyə ilə Azərbaycan və ümumilikdə türk dünyası arasında əlaqələri gücləndirəcək. Region baxımından isə bütün ölkələrin inkişafına xidmət edəcək bir layihədir. Gürcüstan da buna daxildir.
Gələcəkdə bölgədə sülh tam təmin olunarsa, bu layihə Rusiya və İran üçün də daha güclü və sabit bir gələcəyə zəmin yarada bilər. Ümid edirik ki, bu layihə ən qısa zamanda həyata keçiriləcək”, - o , bildirib.
Digər Xəbərlər
25 Fevral 2026 15:32
Milli Məclisdə komitə iclası keçirilib
25 Fevral 2026 14:32
Əli Əsədov TBMM-in komitə sədri ilə görüşüb
25 Fevral 2026 11:28
“Biz məsələmizi 30 ildən sonra birdəfəlik həll etdik...”
25 Fevral 2026 11:11
İlham Əliyev Küveyt Əmirini təbrik etdi
25 Fevral 2026 10:58
“Vaşinqtonun məqsədi danışıqlar masasında Rusiyanı güzəştə məcbur etməkdir...”
25 Fevral 2026 09:07
Azərbaycanın müdafiə naziri Türkiyəyəbaşsağlığı verdi
24 Fevral 2026 18:28
Fuad Oktay: Azərbaycan və Türkiyə arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir
24 Fevral 2026 17:54


Bakı -°C

