UNEC-də “İnformasiya texnologiyaları” ili elan edilib

UNEC-də 2021/2022-ci tədris ili “İnformasiya texnologiyaları” ili kimi elan edilib. Bu məqsədlə UNEC-in tədbirlər planı təsdiqlənib.
Tədbirlər planına əsasən, “İKT- baza kompüter bilikləri” fənninin proqramının və sillabusunun dövlət standartlarında müəyyən olunmuş kompetensiyalar və beynəlxalq standartlar əsasında yenidən hazırlanması, fənlərin daha praktik formada tədrisi ilə məqsədilə metodologiyanın yenilənməsi, fənn proqramları və dərsliklərin beynəlxalq universitetlərin təhsil proqramlarına uyğunlaşdırılması, rəqəmsal dərsliyin və tədris vəsaitlərinin çap olunması nəzərdə tutulub.
İl ərzində UNEC-də İT üzrə tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə tələbə və müəllimlər arasında sorğu keçiriləcək, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllim və əməkdaşların beynəlxalq təcrübə proqramlarında və təlimlərdə iştirakına şərait yaradılacaq, təhsilalanların informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə sertifikat proqramları təşkil olunacaq. Tədbirlə planında UNEC-də kompüter laboratoriyalarının sayının artırılması, fakültələr üzrə laboratoriyaların yaradılması, İT sahəsi, eləcə də Beynəlxalq virtual laboratoriyalar üzrə əməkdaşlıqların qurulması və nüfuzlu ekspertlərin tədris prosesinə cəlb olunması, yeniliklərin tələbə və müəllimlər arasında müzakirəsi üçün “Onlayn fikir bankı”nın yaradılması da əks olunub.
Fevral ayında isə UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu (İİTE), UNESCO yanında Ali təhsil sferasında Beynəlxalq İnnovasiyalar Mərkəzi (ICHEI) və UNEC arasında "Azərbaycanda ali təhsilin rəqəmsal transformasiyası: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
25 Oktyabr 2025 14:15 Yeni “iPhone” dizaynları təqdim ediləcək
24 Oktyabr 2025 18:04 “Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
15 Oktyabr 2025 13:40 "Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən
14 Oktyabr 2025 20:45 İnstaqrama yeni qayda gəlir
14 Oktyabr 2025 11:32 

Bakı -°C 






