"Uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb" - Komitə sədri
"Əfsuslar olsun ki, onkoloji xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21 088 nəfər olub".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.
"2024-cü ildə 73 875 nəfər olub. 24 il ərzində təxminən 3,5 dəfə artıb. Ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10,6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir. Bir Mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır. Həm də bu sahədə tibbi resursların artmasına səbəb olacaq. Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin, həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir, - deyə komitə sədri bildirib.
Digər Xəbərlər
23 Fevral 2026 12:34
Azərbaycanda əczaçılıq məhsularının istehsalı 3 dəfəyə yaxın artıb
23 Fevral 2026 11:42
Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
22 Fevral 2026 16:16
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
21 Fevral 2026 10:00
Bu xəstəliyi saçla müəyyən etməyin yolu tapıldı
19 Fevral 2026 09:30
Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
18 Fevral 2026 10:42
Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında dəyişiklik edildi
17 Fevral 2026 15:57
Sevda Həsənova evə buraxıldı
17 Fevral 2026 10:11


Bakı -°C

