"Uşaqlar cəmiyyətin sabahıdır" - İlham Əliyev
Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu Forumun ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.
“Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər”, - deyə Azərbaycan Prezidenti müraciətində vurğulayıb.
Digər Xəbərlər
24 Noyabr 2026 15:21
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
24 Noyabr 2026 13:45
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
24 Noyabr 2026 13:44
"Korrupsiya iqtisadiyyat üçün ciddi fəsadlar doğuran "xəstəlik"dir" - Deputat
24 Noyabr 2026 13:32
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
24 Noyabr 2026 12:41
"Mülkiyyətin dövlət ehtiyacları hesabına özəlləşdirilməsi ədalətli olmalıdır" - Deputat
24 Noyabr 2026 12:22
Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur- Ərdoğan
24 Noyabr 2026 12:04
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
24 Noyabr 2026 11:59


Bakı -°C

