Uşaqlar üçün telefon alanda diqqət edin

Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq uşaqlarda, məktəblilərdə də bu cihazı görmək mümkündür. Uşaqların bəziləri əyləncə, bəziləri isə dərsləri və özünün inkişaf üçün smartfonlardan istifadə edirlər. Nə qədər məsləhət görülməsə də, azyaşlıların telefondan istifadəsi qaçınılmazdır.
Bəs, valideynlər uşaqlarına necə telefon almalıdırlar?
Uşaqlara ilk növbədə hansı məqsədlə telefon alacağınıza qərar verməlisiniz.
Sonra həm büdcənizə uyğun, həm də funksional özəllikləri baxımından keyfiyyətli seçim etməlisiniz.
Uşağa ancaq ünsiyyət üçün telefon almağı planlaşdırırsınızsa, bunun üçün sadə bir cihaz seçin. Hətta düyməli olan smartfonlar daha məsləhətlidir. Yox, əgər oyunlar və proqramlar üçün istəyirsinizsə, bu zaman xüsusiyyətlərinə, əsasən də güclü batareyaya malik bir telefon almağınız vacibdir.
Seçim edərkən uşağın yaşına baxmaq lazımdır. Müasir cihazların diaqonalı 5 düymdən böyük olur. 10 yaşından kiçik uşaq belə bir smartfondan istifadə etməsi çətindir. Çünki bu cihazlar onların əl ölçüsünə uyğun gəlmir. Belə halda azyaşlılar tez-tez telefonu əlindən sala bilər.
Buna görə bu yaşdakı uşaqlara kiçik ölçülü telefonlar almağınız tövsiyə edilir. Böyük diaqonallı smartfonlar daha çox orta məktəb şagirdləri üçün əlverişli hesab olunur.
Onu da qeyd edək ki, uşaqlara bahalı telefonların alınması qətiyyən məsləhət görülmür. Buna səbəb onların telefondan düzgün istifadə etməməsi, çoxsaylı oyunların smartfona yüklənməsidir.
Emin
Digər Xəbərlər
22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
15 Oktyabr 2025 13:40 "Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən
14 Oktyabr 2025 20:45 İnstaqrama yeni qayda gəlir
14 Oktyabr 2025 11:32 "Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!
13 Oktyabr 2025 16:25 Böyük Britaniyada “TikTok”un işçiləri kütləvi ixtisar oluna bilər
13 Oktyabr 2025 15:32 

Bakı -°C 






