“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi "Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir. Layihənin fəaliyyət planı çərçivəsində Azərbaycan Kooperasiya Universitetin akt zalında 50 nəfər tələbə gənclərin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbiri Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov açaraq Universitetin ictimai əlaqələri, informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışdı. Layihənin rəhbəri Kənan Qubadzadə tələbə gənclərə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi haqqında, o cümlədən, "Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verdi. O, bildirdi ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.
Tədbirdə layihənin eksperti Anar Sarıyev çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verdi.
Tədbirdə layihə çərçivəsində nəşr olunan kitabça iştirakçılara paylanıldı. Sonda tələbə-gənclərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, informasiya və kommunikasiya texnologiyaları bölməsinin rəhbəri Seymur Ramazanov "Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edildi.
Digər Xəbərlər
20 Mart 2026 09:00
SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52


Bakı -°C

