Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb.
Adalet.az xəbər verir ki, bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib.
Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi vurğulanıb.
Bundan başqa Bəyannamədə bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz üç il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından otuz iki il keçdiyi qeyd olunub.
Mer Bouzer imzaladığı Bəyannamədə Vaşinqtonda Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının şəhərin təhsil və mədəniyyət müxtəlifliyinə verdiyi töhfələrlə çox zənginləşdiklərini qeyd edib.
Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.
Digər Xəbərlər
18 Dekabr 2025 22:53
Ermənistan–ABŞ işçi qrupunun Tramp layihəsi üzrə iclası: nələr müzakirə olundu?
18 Dekabr 2025 14:50
İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
18 Dekabr 2025 13:26
Humanizm üzərində qurulan güclü dövlət - ŞƏRH
18 Dekabr 2025 12:35
Türkiyə S-400-ləri qaytarsa... - Azərbaycana lazımdırmı? - Səxavət Məmməd yazır
18 Dekabr 2025 12:17
“Azərbaycanın apardığı ağıllı siyasət Cənubi Qafqazı Rusiya təhlükəsindən...”
18 Dekabr 2025 11:52
İlham Əliyev Qətər Əmirinə məktub ünvanladı
18 Dekabr 2025 11:21
"Sülh müqaviləsinin Moskvada imzalanmasını nəinki Azərbaycan tərəfi...”
18 Dekabr 2025 10:32


Bakı -°C

