Venesuelada siyasi məhbusların azad edilməsinə başlanıldı
Venesuelada hökumət siyasi məhbusların kütləvi amnistiyasını elan edib.
Adalet.az xəbər verir ki, ölkə prezidenti Nikolas Maduronun ABŞ-nin "Delta Force" xüsusi təyinatlıları tərəfindən Amerikaya aparılmasından sonra, müvəqqəti prezident Delsi Rodriqes bunu sülhün konsolidasiyası üçün edilmiş bir jest kimi xarakterizə edib.
Hələlik hansı sayda məhbusun azad olunacağı dəqiqləşdirilmir. Venesulada fəaliyyət göstərən insan haqları təşkilatları ölkədə təxminən 800-1000 siyasi məhsbusun olduğunu bildirir. Onların çoxu 2024-cü il seçkilərindən sonra baş alan etiraz eksiyalarında iştirak etmiş fəallar idi.
Venesuela Milli Assambleyasının sədri, müvəqqəti prezident Delsi Rodriqesin qardaşı Xorxe Rodriqes bildirib ki, bu addım respublikada sülhün möhkəmləndirilməsi və hamı arasında dinc birgəyaşayışın təmin olunmasına dair qərarı təsdiqləyən birtərəfli jestdir.
Bəzi mənbələr həbsdən azad edilənlər arasında sabiq müxalifət liderlərindən olan Enrike Markesin də yer aldığını yazır./Trend
Digər Xəbərlər
31 Yanvar 2026 17:52
Yaxın vaxtlarda Mayamidə ABŞ-Rusiya danışıqları BAŞLAYACAQ
31 Yanvar 2026 17:42
İranda partlayış: Əlirza Təngsiri öldürülüb?
31 Yanvar 2026 17:40
İranda güclü partlayış: ölənlər var
31 Yanvar 2026 17:10
BMT müflis olmaq təhlükəsindədir - Quterreş anons verdi
31 Yanvar 2026 16:00
“Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
31 Yanvar 2026 15:43
BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya
31 Yanvar 2026 14:55
İrana doğru hərəkət edən “ÖLÜM GƏMİSİ” - Qorxuducu “Abraham Lincoln”
31 Yanvar 2026 14:15


Bakı -°C

