Vərəmin qarşısının alınmasında yeni era: Sınaq tarixi açıqlandı
"Vərəmə qarşı yeni peyvənd 2025-ci ildə könüllülər üzərində sınaqdan keçiriləcək".
Adalet.az xəbər verir ki, bu barədə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qinsburq bildirib.
Onun sözlərinə görə, bu, müasir tibb üçün ən mühüm problemdir.
"Hesab edirəm ki, vərəmə qarşı yeni preparatın yaradılması kliniki sınaqların üçüncü mərhələsindədir. Preparat ilk mərhələlərdə vərəm əleyhinə BCG (Bacillus Calmette-Guerin) peyvəndi ilə birlikdə işləyəcək, zamanla, düşünürəm ki, onu əvəz edəcək", - deyə o qeyd edib.
Qinsburq əlavə edib ki, yeni peyvənd prinsip etibarilə bu xəstəliyin epidemiologiyasını dəyişdirməlidir.
Qeyd edək ki, mütəxəssislər tərəfindən hazırlanmış vərəm əleyhinə "GamTBvac" vaksininin yeniyetmə və böyüklərin təkrar peyvəndlənməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Vərəm xəstəliyi hələ də dünyada ən çox yayılmış və ölümcül xəstəliklərindən biridir.Oxu.az
Digər Xəbərlər
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
30 Sentyabr 2026 10:44
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - VİDEO
29 Sentyabr 2026 13:08
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
29 Sentyabr 2026 11:52
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - DİQQƏTLİ OLUN!
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44


Bakı -°C

