Vilayət Eyvazov gənclərin sırasından seçim etdi - 13 müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Adalet.az xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib.
Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Digər Xəbərlər
22 Dekabr 2025 16:37
Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
22 Dekabr 2025 11:57
İcra başçısı ilə birlikdə həbs edilən xanım müavini azadlıqda
22 Dekabr 2025 11:53
“İndiki vəziyyətdə hərbi xidmət müddəti kifayət qədər optimaldır...”
22 Dekabr 2025 10:59
"Bakı Metropoliteni"nin yığılmış ZƏRƏRİ - 3 milyard manat...
22 Dekabr 2025 10:56
DİN-dən saxta paylaşımlarla bağlı ÇAĞIRIŞ - VİDEO
22 Dekabr 2025 10:44
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb
22 Dekabr 2025 08:42
Bu gündən Amnistiya aktının icrasına başlanılır
20 Dekabr 2025 17:29


Bakı -°C

