Volodin Baydeni elektrik stulla hədələdi

ABŞ-nin keçmiş prezidenti Co Bayden və keçmiş dövlət katibi Entoni Blinken Rusiya lideri Vladimir Putinə sui-qəsd cəhdinin müzakirəsində mümkün iştiraka görə elektrik stulla üzləşə bilərlər.
Adalet.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
“Bu cinayətdir. Qoy sübut etsinlər ki, bura demokratiya ölkəsidir. Qoy Bayden Blinkenlə elektrik kürsüsünə getsin, onda bütün dünya görəcək - bu, demokratiyadır. Əgər susarlarsa, bunu ört-basdır edərlər, sonra ağzınızı açmayın və heç kimə heç nə öyrətməyin”, - deyə spiker bildirib.
Digər Xəbərlər

Fidan: Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı vaxtı ilə dediklərini indi ABŞ deyir

Rusiyadan sülh sazişi üzrə danışıqların başa çatmasına MÜNASİBƏT

Türkiyənin ədliyyə nazirindən terrorçulara XƏBƏRDARLIQ
