17 Noyabr 2023 12:00
1631
MƏDƏNİYYƏT

Xalq artisti: “Bayramlarımızı elə qeyd etməliyik ki, düşmənin gözünə...”

“Doğrusu mən 44 günlük Vətən müharibəsindən sonra antiterror əməliyyatına qədər bayramların heç birini qeyd etmirdim. Üzə də vurmurdum, amma qeyd də etmirdim. İndi isə bayram axtarıram ki, ləzzətlə, ürəklə onu qeyd edim”

Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Milli Dirçəliş Günü haqqında danışarkən deyib. Xalq artisti daha sonra bunları əlavə edib:

“Hindistandan üzü bəri murdar bir tayfanı gətirib cəmiyyətimizə, vətənimizə, torpağımıza urcah eləyənlərə bir deyim ki, Allah sizin belinizi qırsın. Adamın düşməni də olanda gərək kişi düşməni olsun. Buna İsrafil ağayla, Qaçaq Kərəm, Səlib bəylə, Qaçaq Nəbi gözəl nümunədir. Qan düşmənidirlər, amma kişi düşməndirlər. Biz kişiliklə, dinlə, imanla formalaşan adamlar gəlib elə bir adam adıyla olan tullantıya ilişmişik ki, adına gah “hay”, gah “erməni”, gah da “qıpçaq” deyirlər. Məni yandırıb tökən o olub ki, bizim düşmənimiz də düz əməlli düşmən olmayıb. Bunlar zinadan törəyən adamlardılar. Ermənilər “Hay”dan törəyiblər və bu da Hindistandan ayrılan qaraçı qoludur. “Hay”sözünün də açması bunların öz dilində zinadan törəyən deməkdir. Ona görə də burda insanlıqdan, əxlaqdan söhbət gedə bilməz. 

Ermənilər gecə-gündüz fikirləşirlər ki, bizə hardan daş atsınlar. Bunlar gördülər ki, Hindistanla Pakistan düşməndir və ona görə Hindistana yaxınlıq etməyə başladılar. Bunlar çox təhlükəli bir oyun oynayırlar. 

Bizim ziyalılarımız, ideoloqlarımız isə hərəkət etmirlər. Ancaq gözləyirlər ki, hər şeyi Prezident etsin. Çünki nə deyəcəklərini bilmirlər. Yəni bunlar xalq, dövlət və dövlətçilik haqqında yox, şəxsi karyera haqqında fikirləşirlər. Düşünürlər ki, birdən belə deyərəm işimdən olaram. Bu mənadan bu gün Azərbaycanda biz hər bir bayramı yüksək səviyyədə qeyd etməliyik. Bizim bütün bayramlarımız elə qeyd olunmalıdır ki, düşmənin gözünə ox kimi girsin”. 

Vasif Əlihüseyn