Xalq artisti: “İstedadlı insan qürurlanar, yekexanalıq etməz”
Xalq artisti Gülyanaq Məmmədova qazandığı uğurların sirrindən danışıb.
Adalet.az xəbər verir ki,o heç bir uğuruna görə yekexanalıq etmədiyini qətiyətlə söyləyib:
“Mən heç vaxt yekexana insanları sevməmişəm. Ömrümün heç bir mərhələsində özümü öyməmişəm. Ancaq dəfələrlə bunu eşitmişəm. ki, Özbəkistana gedəndə niyə özünü öymürsən? Sən azərbaycanlı ola- ola Özbəkistanın xalq artistisən. Razıyam, bu bir fəxrdir. Amma özünü öymək üçün vasitə deyil. Mən sadəcə bundan qürurlanıram. Düşünürəm ki, istedadlı insan qürurlanar, yekexanalıq etməz.Hər bir uğurun alt qatında zəhmət dayanır. Zəhmətlə görülən hər bir işin , əlbət, bəhrəsi var”.
Əntiqə


Bakı -°C

