Xalq artisti Yusif Qasımovun 75 illik yubileyi keçirilib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimi, Xalq artisti Yusif Qasımovun 75 illik yubileyi keçirilib.
Yubiley tədbirində BXA-nın rəhbərliyi, müəllim-tələbə-şagird heyəti, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə BXA-nın eləcə də, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, “Cəngi” Estrada Folklor Ansamblının ifasında “Azərbaycan suitası”, P.İ.Çaykovski “Şelkunçik”, Eldar Mansurovun “Odlar yurdu”, “Acar rəqsi”, “Özbək rəqsi”, Tofiq Quliyevin "Qaytağı”, xalq musiqisi “Laçın”, “Bayram suitası”, “Zəfər rəqsi”, xalq rəqsi “Vağzalı Mirzəyi”, Qara Qarayevin “Yeddi gözəl”, Tacik xalq rəqsi “Masti Bahor”, "Yallı" və digər rəqs kompozisiyaları nümayiş edilib.
Rəqs nömrəli ilə paralel olaraq, həm yerli, həm də xarici mədəniyyət və incəsənət xadimləri Xalq artistini yubileyi münasibətilə təbrik edib, onunla bağlı xatirələrini bölüşüblər.
Konsert proqramı böyük maraqla qarşılanıb.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

