Xalq artistini erotik videolarla şantaj edirlər
Xalq artisti Kazım Abdullayev şantaj olunduğunu iddia edib.
Adalet.az xəbər verir ki, aktyor bunla bağlı sosial şəbəkədə paylaşım edib. O, bir xanımın ona yazdığı mesajları yayımlayaraq, bunları əlavə edib:
"Əziz dostlar, xanımlar və cənablar, son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul istəyirlər. Bu nə mənim yaşıma, nə də statusuna yaraşan bir işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda - qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən feysbuk, mesencer və whatsapp-ı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm bu işdə mənə yardım etsinlər".
Qeyd edək ki, K.Abdullayev ötən ay qardaşını, bir neçə gün əvvəl isə bacısını itirib.
Digər Xəbərlər
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54


Bakı -°C

