Xameneyi İsraili vurmağı ƏMR ETDİ

Yaxın Şərqdə irimiqyaslı müharibə başlaya bilər
The New York Times qəzetinin yazdığına görə, İranın Ali dini rəhbəri Əli Xamenei, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Xanıyanın öldürülməsinə cavab olaraq İsraili vurmağı əmr edib.
Qeyd olunur ki, müvafiq qərar İranın Milli təhlükəsizlik üzrə Ali Şurasının təcili keçirilən iclasında qəbul edilib.
Daha əvvəl HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Tax bəyan etmişdir ki, Xanıyanın qətlə yetirilməsində İsrail və ABŞ məsuliyyət daşıyır və bu əməliyyatın keçirilməsi əvvəlcədən Vaşinqtonla razılaşdırılıb. Mahmud Taxın sözlərinə görə, hərəkatın liderinin öldürülməsi, Yaxın Şərqdə irimiqyaslı müharibəyə gətirib çıxara bilər, ABŞ isə anlamalıdır ki, bu regionda eskalyasiyaya səbəb olmaqda cavabdehlik daşıyır.
Ağ Evin milli təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib ki, ABŞ əvvəlcədən HƏMAS-ın siyasi bürosunun liderinin məhv edilməsi ilə bağlı İsrailin planlarından xəbərdar olmayıb.
Rüstəm Hacıyev
Digər Xəbərlər

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN

Çavuşoğlu: Vaxtında Türkiyənin addımları dəstəklənsəydi, Ukraynada atəşkəs əldə edilərdi

Rusiya Sudjanı tamamilə azad etdi - VİDEO
