Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
Adalet.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına parkda görüləcək işlər barədə ətraflı məlumat verdi.
Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. Ümumilikdə ərazidən 279 min 416 kubmetr həcmində söküntü tullantılarının daşınması təmin olunub. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.
Hazırda ərazidə planlaşdırma işləri görülür.
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlini qoydu.
Qeyd edək ki, ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir.
Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
04 Iyul 2026 11:34
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
04 Iyul 2026 11:27
“Bu, seperatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə üstünlük verdiyini nümayiş etdirir...”
04 Iyul 2026 09:42
Bazarlarda 11-12 manata quzu əti... - VİDEO
03 Iyul 2026 17:43
Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
03 Iyul 2026 16:58
Azərbaycan ilə Şimali Kipr arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
03 Iyul 2026 16:37
Baş prokuror Xətaidə vətəndaşları qəbul etdi
03 Iyul 2026 14:00
Azərbaycan və BMT şəhər mobilliyi sahəsində əməkdaşlığı müzakirə edib
03 Iyul 2026 10:36


Bakı -°C

