Xankəndinin qondarma "mer"inin məhkəməsi başladı: Maşınları müsadirə edildi
İşğal illərində Azərbaycanın Xankəndi şəhərinin "mer"i olmuş David Sarkisyan avtomobili iki həftə əvvəl müsadirə olunub.
Adalet.az xəbər verir ki, bu barədə merin vəkili Roman Yeritsyan məlumat verib .
Onun sözlərinə görə, avtomobil Davit Sarkisyanın indi apardığı cinayət prosesi çərçivəsində müsadirə edilib.
Səbəb kimi avtomobilin qanunsuz əldə edilmiş əmlak kimi götürülməsi göstərilir”, - deyə vəkil bildirib.
Xatırladaq ki, hələ bu ilin mayında Sarkisyanla bağlı 20 sutka həbs qərarı verilmişdi
Ermənistan hüquq-mühafizə orqanları Sarkisyanın evində axtarış apararaq onun saxlanılmasına qərar çıxartmışdılar. Beləki, "mer" və daha üç nəfər dələduzluqda, eləcə də 4 avtomobilin mənimsənilməsində ittiham edilirdi.
Qeyd edək ki, Ermənistanın müxalif mediası həbslərə görə hakimiyyəti tənqid etsə də, erməni ictimaiyyəti bilirdi ki, "mer" ötən ilin 20 sentyabrında anti-terror tədbirlərindən əvvəl əhalini başsız qoyaraq ailəsini də götürüb Qarabağdan Ermənistana qaçmışdı.
Əntiqə Rəşid