Xərçəngə qarşı peyvənd bu tarixdən istifadə olunacaq
Rusiyada hazırlanmış xərçəng peyvəndinin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Adalet.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin “Qamaleya” adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.
"Səhiyyə Nazirliyinə təqdim etdiyimiz, lakin hələ ki, təsdiqlənməmiş yol xəritəsi planına əsasən, avqustun sonunda icazə almalıyıq ki, sentyabrda insanların müalicəsinə başlayaq", - o ifadə edib.
Rəsmi əlavə edib ki, peyvənd təkcə ilkin melanoma olan insanlara deyil, həm də müalicənin müəyyən mərhələlərini başa vurmuş xəstələrə də tətbiq oluna bilər.