"Xəritələrdə Sevan gölü yoxdur, Göyçə gölüdür" - İlham Əliyev
"Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib.
"O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var", - deyə dövlət başçısı qeyd edib. .
Digər Xəbərlər
06 Dekabr 2025 18:02
İlham Əliyev BƏƏ-nin şirkət rəhbərlərini qəbul etdi - YENİLƏNİB
06 Dekabr 2025 16:16
Hikmət Hacıyev Qriqoryanla müzakirə apardı
06 Dekabr 2025 16:00
Donald Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
06 Dekabr 2025 14:49
Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... - Səxavət Məmməd yazır
06 Dekabr 2025 14:46
“Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır...”
06 Dekabr 2025 14:03
Prezidentin köməkçisi Qətər Əmirinin müşaviri ilə müzakirə apardı
06 Dekabr 2025 12:05
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü
06 Dekabr 2025 11:12


Bakı -°C

