Xəzər sahilində 300-dək ölü suiti aşkarlandı
Qazaxıstanın Mangistau vilayətində yerləşən Urduk burnu və Bautino kəndi sahillərində dəniz məməliləri olan suitilərin cəsədləri aşkar edilib.
Adalet.az-ın Azərtac-a istinadla məlumatına görə, vilayətin balıq ehtiyatlarının mühafizəsi idarəsinin Tupkaraqan şöbəsinin rəhbəri Konarbay Bazarbayevin sözlərinə görə, ölü suitilərin sahilə çıxması prosesi hələ aprel ayında başlayıb.
“Bu günə qədər 279 ölü heyvan tapılıb. Ötən həftə 117 cəsəd aşkarlanmış və bundan sonra sahil zolağı təmizlənmişdi. Lakin ötən həftəsonu biz daha 59 ölü suitini qeydə aldıq. İnspeksiya əməkdaşları yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə qalıqları toplamaqda davam edir və onları ixtisaslaşmış poliqona daşıyırlar”, – deyə şöbə müdiri bildirib.
Heyvanların kütləvi tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Yerli mütəxəssislər hadisənin konkret nədən qaynaqlandığını qəti şəkildə deyə bilmirlər. Bununla belə, bəzi suitilərin bədənində balıq torlarının qalıqları aşkarlanıb ki, bu da brakonyer fəaliyyətinə işarə edə bilər.
“Suitilərin ölüm səbəbləri üzərində Ekologiya və Hidrobiologiya İnstitutunun mütəxəssisləri araşdırma aparırlar. Lakin illərlə aparılan müşahidələrə baxmayaraq, onlar hələ də dəqiq nəticəyə gələ bilməyiblər”, – deyə K.Bazarbayev əlavə edib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

