Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kq olan balıq tutulub

İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində 3 metr uzunluğunda beluqa (ağ balıq) ovlanıb.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mazandaran vilayəti Balıqçılıq İdarəsinin baş direktoru Həsən Eshaqi deyib.
Onun sözlərinə görə, ovlanan balığın çəkisi 210 kq təşkil edib və təxminən 26 kiloqram kürüsü olub.
"Xəzər dənizində bu növ balıqların qorunması və artırılmasının zəruriliyi nəzər alınaraq, dənizdən ovlanan nərə balıqları artım üçün Sari şəhərində yerləşən balıqyetişdirmə mərkəzinə nəql olunur. Qeyd olunan balıq da canlı şəkildə həmin mərkəzə aparılıb", - deyə o bildirib.
Digər Xəbərlər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ

Ən ağıllı insanlar bu 6 tarixdə doğulurlar

TƏBRİK!

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

Mən səni gördüm ay işığında... - FOTOLAR
