XəzərTV-dən Xoşqədəm Hidayətqızı ilə bağlı açıqlama: ""Səni axtarıram" layihəsi..."
Xoşqədəm Hidayətqızının Xəzər TV-dəki işindən bu gün rəsmi olaraq ayrılıb.
Adalet.az xəbər verir ki, bununla bağlı Xəzər TV-dən Axar.az-a verilən açıqlamada qeyd olunub.
“Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra Xəzər TV-də “Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır. "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı öz istəyi ilə kanaldan ayrılıb. Xəzər TV-nin rəhbərliyi Xoşqədəm Hidayətqızına bundan sonrakı fəaliyyətində uğurlar arzu edir”, - kanaldan bildirilib.