XİN rəhbərindən TRİPP layihəsi ilə bağlı AÇIQLAMA
TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir.
Adalet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir və Vaşinqton sülh sammiti zamanı sənədə daxil edilmiş TRİPP layihəsi bunlardan biridir:
"Bu layihə bölgə üçün çox əhəmiyyətlidir. Azərbaycan tərəfi mütəmadi şəkildə ABŞ tərəfindən bu proseslə bağlı məlumatlar alır. Gözləntimiz 2026-cı ildə 42 km-lik ərazidə fiziki işlərə başlanılmasıdır. Azərbaycan dövləti öz üzərinə düşən bütün işləri sürətli şəkildə həyata keçirir".
O bildirib ki, Naxçıvanda mövcud olan 180 km-ə yaxın dəmiryolu xətti son 30 il ərzində istifadəsiz qalıb: "Orada da əlavə investisiyaya ehtiyac var və bu sahədə də işlərə başlanılıb. Bundan əlavə, qardaş Türkiyə ərazisindəki Qars-İğdir-Dilucu layihəsi üzrə də inşa işləri həyata keçirilir".
Nazir əlavə edib ki, bütün bu proseslər region üçün olduqca yüksək nəticələr vəd edir: "Artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması mövcuddur. Hesab edirik ki, növbəti mərhələdə ticarət genişlənə də bilər".
C.Bayramov son bir ilə yaxın müddətdə Azərbaycandan Ermənistana 60 min ton yük, həmçinin 20 min ton neft məhsullarının ötürüldüyünü vurğulayıb.
Digər Xəbərlər
07 Avqust 2026 15:58
"Düşünən beyinlər" - Səxavət Məmməd yazır
07 Avqust 2026 14:13
Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı
07 Avqust 2026 10:57
“Belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil...”
07 Avqust 2026 10:20
“Xüsusən də İranla savaşı uduzan İsrailin çoxdankı arzusudur ki...”
06 Avqust 2026 21:15
Zelenski İlham Əliyevə təşəkkürünü bildirdi
06 Avqust 2026 20:57
Zelenski Ceyhun Bayramovu qəbul edib
06 Avqust 2026 16:05
Azərbaycan və Ukrayna XİN başçılarının görüşünün detalları - YENİLƏNİB
06 Avqust 2026 15:45


Bakı -°C

