Xocalı qatillərinin məhkəməsi: Seyran Ohanyanın ittihamı dəyişdirildi
Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı 2008-ci il martın 1-də iş üzrə yeni ittiham irəli sürüb. Xocalı qatili, hazırda müxalifətdə olan “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan dövlət büdcəsindən oğurluq etməklə bərabər, səlahiyyətindən istifadə edərək güc tətbiq etməkdə də ittiham olunur.
Adalet.az xəbər verir ki, Seyran Ohanyan ittihama görə, 1 mart hadisələri zamanı ordunu siyasi proseslərə cəlb edib. Hazırda korrupsiyaya qarşı mübarizə məhkəməsində üç keçmiş məmurun da iştirak etdiyi məhkəmə iclası davam edir: Robert Köçəryan, Yuri Xaçaturov, Armen Gevorqyan.
Məlumat üçün bildirək ki, bəraət hökmündən 3 il sonra ikinci prezident Robert Köçəryan və onun üç keçmiş yüksək rütbəli tabeliyində olan şəxs yenidən məhkəmə qarşısında dayanıb . Kassasiya Məhkəməsi hələ də qanuni qüvvəyə minməmiş bəraət hökmünü ləğv edərək işi yeni ekspertizanın keçirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərib.
2008-ci il hadisəsindən sonra Köçəryan və digərləri seçkidən sonra 10 nəfərin həyatına son qoyan qanlı hadisələrdə konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham olunublar. Lakin onların vəkilləri ittihamın konstitusiyaya zidd olduğunu iddia etməyə davam ediblər. Konstitusiya Məhkəməsi də eyni nəticəyə gəlib, bundan sonra işi araşdıran hakim Anna Danibekyan təqsirləndirilən şəxslərin təqsirsizliyini sübuta yetirmədən, Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq onlara bəraət verib.
Yeri gəlmişkən, 2008-ci il martın 1-də İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşmaların baş verdiyi, 10 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələrdən gedir. Keçmiş prezident və paytaxt qarnizonunun keçmiş rəisi artıq bu cinayət işi üzrə təqsirləndirilib, onlara qarşı "konstitusiya quruluşunu devirmək" ittihamı irəli sürülüb, lakin Ermənistan Konstitusiya Məhkəməsi 2021-ci ildə bu qərarın Konstitusiyaya zidd olduğunu bildirib.
Ötən ilin ilin sentyabrında Ermənistan Kassasiya Məhkəməsi bu cinayət işinin ölkənin Cinayət Məcəlləsinin müxtəlif maddələri əsasında davam etdirilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, baş nazirin keçmiş müavini Armen Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi, həmçinin KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (Konstitusiya quruluşunun dəyişdirilməsi) ilə ittiham olunurlar.
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Oktyabr 2026 20:25
Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?
03 Oktyabr 2026 11:31
Bu ərazimizə qar yağdı: 10 santimetr
02 Oktyabr 2026 17:47
Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb
02 Oktyabr 2026 16:41
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
02 Oktyabr 2026 13:54
"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
02 Oktyabr 2026 13:21
“Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq
02 Oktyabr 2026 12:22
"Nicat və ailəsinin şiddətinə məruz qaldım, körpəmi bətnimdə itirdim" - Xanımından ağır ittihamlar
02 Oktyabr 2026 11:52


Bakı -°C

