14 Avqust 2024 17:45
62
İDMAN

Xorvatiyalı futbolçu millidəki karyerasını bitirib

Xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviç millidəki karyerasını başa vurub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 31 yaşlı futbolçusu Xorvatiya millisindən getdiyini açıqlayıb.

Qeyd edək ki, M.Brozoviç yığmada meydana çıxdığı 99 oyunda 7 qol vurub. Dünya çempionatının gümüş (2018) və bürünc (2022) medalçısı AVRO-2024-də də iştirak edib. Xorvatiya millisi İspaniya, Albaniya və İtaliya ilə mübarizə apardığı qrupdan çıxa bilməyib.