Overçuk Ermənistanı "ən yaxın müttəfiq" adlandırdı
"Ermənistan Rusiya üçün son dərəcə yaxın ölkədir".
Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk "Rusiya - İslam Dünyası: KazanForum" çərçivəsində jurnalistlərə açıqlama verib.
Overçuk çıxışı zamanı Ermənistanın Rusiya üçün sadəcə bir qonşu deyil, həm də mühüm müttəfiq olduğunu vurğulayıb:
"Ermənistan bizə çox yaxın, müttəfiq ölkədir. Avrasiya İqtisadi Birliyinin, MDB-nin və KTMT-nin üzvüdür. Bizi birləşdirən insani əlaqələr isə çox dərin, ciddi və qədim tarixə malikdir. Biz Ermənistan xalqına böyük hörmətlə yanaşırıq".
Baş nazirin müavini həmçinin qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlər həm çoxtərəfli təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etməkdədir.


Bakı -°C

