... Səhv düşəndə yerimiz... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
235 | 2025-03-01 13:39

 Dünyada Allahdan  başqa əksər insanların yerləri səhv düşüb. Şahın yeri səhv düşüb... Prezidentin yeri səhv düşüb... Baş nazirin yeri səhv düşüb... Bir çox vəzifəli insanların yerləri səhv düşüb... Demokratiyadan, insan hüquqlarından, beynəlxalq hüquqdan  danışanların və özgəsinin gözündə tük axtaran, amma öz gözündə  tır görməyənlərin yerləri səhv düşüb... Kimin yeri səhv düşünsə, heç buna əhəmiyyət verməyib, xalqın dərisini soyub, içinə də saman gəlib...

Və bəzi yerləri səhv düşən vəzifəli şəxslər, məmurlar elə bilirlər  ki, nə istəsələr eləyə bilirlər. Eləyirlər də , ha! Amma onu anlamırlar ki, hər şeyin əvvəli olduğu kimi, sonu da var! Ümumiyyətlə, dünyada sonu olmayan heç nə yoxdu. Bax həmin yeri səhv düşən, xalqa zülm edən  vəzifə sahibləri o, sonu görməlidirlər. Nə fayda, çoxu görmür. Məsələn, Elmi- Tədqiqat Kardiologiya İnstitutunun xanım direktoru tabeliyində  olan tanınmış ziyalılara , həkimlərə qan uddurur. Onun qanunsuz hərəkətləri və ədalətsiz addımları ilə bağlı institutun professorları, elmlər doktorları, elmlər namizədləri  səhiyyə nazirinə  müraciət ediblər. Onlar cənab nazirə bildirirlər ki, direktor kollektivdə  qeyri-sağlam mühit yaradıb və  instituta öz yaxınların və təcrübəsi olmayan adamlar toplayıb.

Onlar da qanunsuz işlərlə bağlıdır. Bu gün bir çox vəzifələrdə  çalışan belə təcrübəsiz insanlar tanınmış elm xadimlərinə , savadlı həkimlərə  dəyər verə bilmir, onları müxtəlif bəhanələrlə  işdən çıxarmaq istəyir və həmin yerə  öz yaxınlarını gətirmək istəyir. Qohumbazlıq, yerliçilik bizim  millətin evin yıxıb. Hansı idarəyə, hansı şirkətə gedirsən və görürsən rəhbər ətrafına öz qohum- əqrəbasını yığıb. İndi gəl,bunlarla bir yerdə işlə görüm , neçə işləyirsən! Bax ona görə də insanlar buna narazılıq edir.

Çox təəssüf ki, rəhbərlər isə cəmiyyətin rəyi ilə hesablaşmır və  öz bildiklərini edirlər. Ona görə də əksər yerlərdə qeyri- sağlam mühit yaradıldığına görə işlər yaxşı getmir.İnsanlar vəzifəyə savadına, vətənpərvərliyinə   görə , deyil, kiminsə qohumu , pulu olduğu üçün irəli çəkilir.Yəni onların yeri səhv düşür, layiqli adamlar qalır kənarda , savadsızlar və  cahillər  vəzifəyə təyin edilir.

Bax , burda  rəhmətlik  Xalq şair Qabil çox gözəl deyib ha :" Müsibət oluruq biz, Səhv düşəndə yerimiz..."

TƏQVİM / ARXİV