"Ulduz"lu görüşlər" in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu - FOTOLAR
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüşü keçirilib. "Ulduz" ədəbiyyat dərgisinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Universitetinin müəllim, tələbə heyəti, eləcə də poeziyasevərlər və ədəbiyyat adamları iştirak edib.
"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri açaraq, Səlim Babullaoğlunun yaradıcılığı haqda geniş məlumat verib. Ardınca "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin, Taleh Mansur, Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, şair-publisist Zaur Ustac çıxış edib. Səlim Babullaoğlu şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıb.
Azərbayacan ədəbiyyatının mövcud durumu, bədii tərcümə sahəsində aparılmalı olan islahatlar, eləcə də yazarlarımızın dünyaya çıxması yolunda qarşıda duran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb. Sonda Səlim Babullaoğlu tələbələr üçün öz kitablarını imzalayıb.
Digər Xəbərlər
16 Noyabr 2026 12:41
Pərvanə Bayramqızının şeirlər kitabı çap olundu
16 Noyabr 2026 10:10
Əbülfət Mədətoğlu: Sən də gül...
15 Noyabr 2026 21:00
Yüz ildən sonra... - FOTOLAR
15 Noyabr 2026 13:45
Hər kitabı oxumaq olmur...
14 Noyabr 2026 11:40
“İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın...”
13 Noyabr 2026 16:53
"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar
13 Noyabr 2026 12:23
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ
11 Noyabr 2026 13:01


Bakı -°C

