Xocalılarımızın adından minnətdarlıq... - Akif Mirsiyaboğlu yazır

1979 - cu ildə sonradan daşnak yuvasına çevrilmiş Xankəndi şəhər daxili işlər şöbəsində xidmətə başlasamda və daha sonralar isə ölkəmizin bir çox şəhər və rayonlarında xidmət keçsəmdə , zabit kimi ilk xidmət yerim olmuş , Ağdam rayon daxili işlər şöbəsində xidmətdə olduğum illər yaddaşımda silinməz izlər buraxmışdır .
Bəlkə də buna 1987 - 1994 - cü illərdə Ağdam milisinin - polisinin sıralarında Birinci Qarabağ müharibəsi illərində ağır müharibə şəraitində xidmət aparmağım səbəb olmuşdur . Ağır günlərin dostluğu , yoldaşlığı heç vaxt unudulmur , yaddan çıxmır .Həmin illərdə çiyin - çiyinə düşmənə qarşı mübarizə apardığımız döyüş yoldaşları , o günlərin acılı , şirinli xatirələri mütəmadi olaraq fikrimdə dolaşır , məni xəyalən yenidən o illərə qaytarırdı .
Bu baxımdan işğaldan azad olunmuş Ağdamımızda keçmiş səngər yoldaşlarımızla görüşmək arzusu zaman - zaman fikrimi məşğul edir , bunun gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdim .Buna ən münasib zamanın , polisin peşə bayramı günü olmasını düşünərək , AR DİN rəhbərliyinə bu yönümdə tədbir keçirilməsi arzusunu dilə gətirərək , sosial şəbəkə üzərindən müraciət ünvanladım . Və həmişə olduğu kimi qısa zaman ərzində DİN rəhbərliyi tərəfindən bununla bağlı operativ olaraq müvafiq göstərişlər verildi .
Ağdam şəhərində bu tədbirin keçirilməsinə hələlik şərait olmadığı üçün keçmiş illərdə olduğu kimi , bu ildə peşə bayramının Quzanlı qəsəbəsində keçiriləcəyini və mənimdə həmin tədbirə dəvətli olmağımı bildirdilər .Tədbirin rayon icra hakimiyyətinin akt zalında , rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi mənim üçün xüsusilə önəmlidir .Belə ki , həmin tədbirdə döyüş yoldaşlarımız ilə bir araya gəlməklə bərabər , uzun illərdir ki , gözlədiyim daha bir arzuma da çatmaq üçün şərait yaranacaqdır .
O ağır illərdə hər zaman Xocalı sakinlərinin yanında olmuş , müdhiş 26 fevral səhəri Qaraqayada mühasirəyə düşmüş xocalıların köməyinə yetişən , onları soyuq qış günündə mənzillərində yerləşdirən , son tikəsini onlarla bölüşən ,isti geyimlə bərabər , ürəklərinin hərarəti , həssaslığı ilə isidən , mindən yuxarı əsirimizi , girovumuzu azad edən , yüzlərlə şəhidimizi rayon məscidinə gətirərək el adətimizlə dəfnini təşkil edən bir rayonun sakinlərinə , öz adımdan və eləcədə Xocalılarımızın adından minnətdarlıq etmək imkanım olacaqdır .
Dəvət üçün Ağdam rayon polis şöbəsinin , nazirliyimizin şəxsi heyətlə iş üzrə idarəsinin rəhbərliyinə və şəxsən hörmətli nazirimiz general polkovnik cənab Vilayət Eyvazova sonsuz minnətdarlığımı bildirirəm .
Digər Xəbərlər

Ad gününüz mübarək, cənab NAZİR!

AZAL Təl-Əvivə uçuşları bərpa edir
jpg-1751096579.jpg)
"Qərbi Azərbaycan" Sübhanini ağrıdarsa... Bəlkə öz ölkənə girən "paz"la ilgilənəsən?

DİN sürücü və valideynlərə xəbərdarlıq edib

MÜTDA: Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

Yaponiya buna görə Azərbaycana təşəkkür etdi
jpg-1751027770.jpg)
Afərin, əsl diplomat belə olar - Sudanlı səfirin arzuları
